“İnfluenser"lərin reklamlarına aldanmamaq üçün..." - Hacıbəy Heydərli

“İnfluenser"lərin reklamlarına aldanmamaq üçün..." - Hacıbəy Heydərli
MEDIA
16:58 01.05.2026
430
"Son dövrlərdə Azərbaycanda sosial şəbəkələrdə influenser və blogerlərin reklam fəaliyyəti ictimai müzakirə mövzusuna çevrilmişdir. Xüsusilə kommersiya məqsədilə müxtəlif məhsulların təqdim edilməsi və bu zaman bəzən real istifadə təcrübəsinin nəzərə alınmaması istehlakçı davranışına təsir edən mühüm faktor kimi çıxış edir”.

Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə reklam fəaliyyəti ilə bağlı müəyyən dəyişikliklər edilsə də, bu dəyişikliklərin tətbiq mexanizminin tam formalaşmaması praktiki müstəvidə müəyyən boşluqlar yaradır:

”Nəticədə bəzi influenserlərin məsuliyyət prinsiplərinə əməl etmədən reklam məzmunu paylaşması müşahidə olunur. Bu isə geniş auditoriyaya malik sosial media platformalarında informasiya etibarlılığı problemini aktuallaşdırır.

Sosial psixologiya baxımından bu proses "etibar əsaslı təsir” modeli ilə izah oluna bilər. İzləyicilər influenserləri yalnız informasiya mənbəyi kimi deyil, həm də etibar edilən referens fiqur kimi qəbul etdiklərindən, onların təqdim etdiyi məhsullara qarşı daha az tənqidi yanaşma sərgiləyirlər. Bu isə istehlakçıların qərarvermə prosesində subyektiv təsirlərin artmasına səbəb olur.

Bununla yanaşı, reklam fəaliyyətində məsuliyyət yalnız məzmun yaradan şəxslərlə məhdudlaşmır. Reklam sifariş edən şirkətlərin də etik və hüquqi öhdəlikləri mövcuddur. İstehlakçı etimadının manipulyasiyası üzərində qurulan reklam strategiyaları qısamüddətli iqtisadi fayda yaratsa da, uzunmüddətli perspektivdə bazar etibarlılığının azalmasına gətirib çıxara bilər.

Eyni zamanda media orqanlarının bu sahədə nəzarət və araşdırma funksiyası da xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal informasiya mühitində şəffaflığın təmin olunması üçün jurnalistik monitorinqin gücləndirilməsi və ictimaiyyətin düzgün məlumatlandırılması vacib hesab olunur.

İnfluenser marketing modelinin tənzimlənməsi yalnız hüquqi deyil, həm də sosial və etik aspektləri əhatə edən kompleks yanaşma tələb edir. Bu sahədə effektiv nəzarət mexanizmlərinin formalaşdırılması istehlakçı hüquqlarının qorunması və informasiya mühitində etimadın bərpası baxımından mühüm əhəmiyyət kəsb edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır