İngilislər "Qarabağ"ın start heyətini açıqladı

İngilislər "Qarabağ"ın start heyətini açıqladı
İDMAN
14:51 11.09.2017
1307

Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində sabah "Çelsi"nin qonağı olacaq "Qarabağ"ın ehtimal "11-liy"i açıqlanıb.

Britaniya mətbuatında bununla bağlı yazı dərc edilib.

"Qarabağ"ın üzvü Ansi Aqollinin Albaniya yığmasında zədələnməsindən xəbərsiz olan ingilis həmkarlarımız təcrübəli müdafiəçinin adını da Ağdam klubunun start heyətinə daxil ediblər. Onların fikrincə, baş məşqçi Qurban Qurbanov son transferlər - Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayevə Londondakı qarşılaşmada ilk "11-lik"də yer verməyəcək.
 
Həmkarlarımızın ehtimallarına görə, "Qarabağ" "Stemford Bric"ə bu heyətlə çıxacaq: İbrahim Şehiç, Maksim Medvedev, Yakub Jezniçak, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Vild-Donald Gerrye, Miçel, Riçard Almeyda, Mahir Mədətov, Dino Ndlovu.
 
Təbii ki, Aqollinin durumunu nəzərə alsaq, onun "Çelsi"yə qarşı oynayacağı inandırıcı deyil. Qurban Qurbanov da Ansinin zədəli olduğunu təsdiqləmişdi. Bundan əlavə, "Kopenhagen"lə cavab görüşündə xəsarət alan Vild-Donald Gerrye "Qəbələ" ilə çempionat matçında komandasına kömək edə bilməmişdi. Bu mənada, baş məşqçinin meydana buraxacağı heyətdə başqa dəyişikliklərin də olması mümkündü.
 
Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsinə qədər Gürcüstanın "Samtredia", Moldovanın "Şerif" və Danimarkanın "Kopenhagen" klubunu mübarizədən kənarlaşdırıb.

///apasport
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
16:00 05.10.2026
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
15:55 05.10.2026
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
Bu həftə hansı bürclər pul qazanacaq?
15:53 05.10.2026
Bu həftə hansı bürclər pul qazanacaq?
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri