İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO

İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO
SOSİAL
22:18 04.07.2026
394
Azərbaycanda ipoteka kreditlərinin verilməsində azalma qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 200 milyon manat həcmində kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.2 faiz azdır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 33.3 faiz azalaraq 100.4 milyon manat təşkil edib.

Məsələni şərh edən iqtisadçı Vüqar Oruc bildirib ki, daşınmaz əmlak bazarı yalnız ipoteka kreditləşməsi ilə bağlı deyil. Ekspertin sözlərinə görə, ipoteka kreditlərinin məbləğinin azalması ev satışına təsir etsə də, bu təsir bazarda ciddi dəyişikliklər yaratmaq üçün kifayət qədər böyük deyil.

Qeyd edək ki, daşınmaz əmlak hazırda əsas investisiya alətlərindən biri hesab olunur və bu sahədəki marağın davam edəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR