İqtisad Universitetində Akademiya Karyera seminarı keçiriləcək
GƏNCLİK
20:53 17.11.2011
1721
Akademi Təhsil Mərkəzi gənclərə uğurlu karyera qurmaqda dəstək olmaq məqsədilə "Akademi karyera seminarı" layihəsi çərçivəsində növbəti tədbirini keçirəcək.AZXEBER.COM-un məlumatına görə, seminar çərçivəsində növbəti görüş 22 noyabr saat 12:00-da Azərbaycan Dövlət İqtisad Universitetinin Gənclikdə yerləşən korpusunda 350 nəfərlik auditoriyada keçiriləcək. Məruzəçilər Millət vəkili Qənirə Paşayeva, televiziyadakı fəaliyyəti ilə yanaşı, uğurlu biznes karyerasına start vermiş teleaparıcı və biznesmen İlkin Həsəni, Regional Psixologiya Mərkəzinin rəhbəri, peşəkar psixoloq Murad İsayev və "Modern Marketing Group" Şirkətinin təsisçisi, Marketing Academy layihəsinin rəhbəri Yusif Vəliyev, Day.Az Radionun direktoru Zaur Darabzadədir.