İqtisadiyyat Nazirliyi: Maliyyə yardımı üçün sahibkarların bir dəfə müraciət etməsi kifayətdir

İqtisadiyyat Nazirliyi: Maliyyə yardımı üçün sahibkarların bir dəfə müraciət etməsi kifayətdir
İQTİSADİYYAT
19:06 04.05.2020
1296

Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi tədbirlər planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramının icrası davam edir.

Bu barədə AZXEBER.COM-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində sahibkarların müraciətləri elektron formada qəbul olunur. Vergi ödəyiciləri İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) pandemiyadan zərər çəkmiş sahələr üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xüsusi bölməyə şəxsi kabinetləri vasitəsilə daxil olaraq əmək ödənişləri üzrə alt bölməni seçməklə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstəyin göstərilməsi ilə bağlı müraciət edirlər.

Belə ki, daxil olan müraciətlər araşdırılaraq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilir. İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır.

Ödənilən vəsaitlərin məbləğinə gəlincə, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği - 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əməkhaqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əməkhaqqı, əgər çoxdursa, o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin edilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin sözlərinə görə, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən muzdlu işçilərə əməkhaqları yarıya bölünərək aprel və may ayları ərzində verilir. Artıq aprel ayı üzrə ödənişlər təqdim edilib. Ödənişi əldə edənlər may ayında da eyni qaydada maliyyə dəstəyi alacaqlar. Maliyyə yardımı üçün işəgötürənlərin bir dəfə müraciət etməsi kifayətdir. Yəni işəgötürənin aprel ayında etdiyi müraciət may ayı üçün də keçərlidir. Həmin işəgötürən bu müraciəti əsasında may ayı üçün də maliyyə dəstəyi əldə edəcək:

"Maliyyə dəstəyinin verilməsində məqsəd işsizliyin qarşısını almaq, iş yerlərində ixtisarlara yol verilməməsinə nail olmaq və işəgötürənlərin əməkhaqlarının ödənilməsində qarşılaşdığı maddi çətinliklərin dövlət xətti ilə kompensasiya edilməsidir. Bu məqsədə nail olmaq üçün müraciətlərin qəbulu ilə bağlı qaydalar hazırlanan zaman onların mümkün qədər sadə tərtib edilməsi təmin edilib. Müraciətlərin elektron qəbulu, sürətli yoxlama sisteminin tətbiqi, müraciətlərin qaydası ilə bağlı təlimatların hazırlanması sahibkarların vaxtına qənaət etməyə və dəstəyi tez bir zamanda əldə etmələrinə şərait yaradıb”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc