İran sosial şəbəkələrdə də təxribatla məşğuldur - Aldanmayaq

İran sosial şəbəkələrdə də təxribatla məşğuldur - Aldanmayaq
MEDIA
15:21 12.12.2022
252
İran son zamanlar sosial şəbəkələr üzərindən də Azərbaycana qarşı çirkin kampaniya aparır və qırmızı xətləri tapdalaya-tapdalaya gedir.
Artıq bir müddətdir ki, İran sosial şəbəkələrin bütün seqmentləri üzrə ölkəmizə qarşı qara pr kampaniyası aparır. Bu daha çox özünü "facebook", "youtube", "instagram", telegram"da göstərir. Özü də görünən odur ki, hər seqmentdə xüsusi texnoloqlar bu işlə məşğuldur.
"Facebook", "Telegram", "youtube", "instagram"da bu istiqamətdə xüsusi səhifələr fəaliyyət göstərir.
Maraqlı məqam isə odur ki, bu informasiya casusları cəmiyyətimizi çox yaxşı tanıyır və ölkəmiz üçün həssas olan məsələlərə toxunur, bu istiqamətdə narazıçılıq yaratmağa çalışırlar. Xüsusi istiqamətlər isə milli-mənəvi dəyərlərimiz, şəhid ailələrimiz və qazilərimizdir. Onlar məhz bu istiqamətlərə fokuslanaraq cəmiyyətdə çaşqınlıq yaratmaq istəyir.
Bu casusların ən fəal olduğu sosial şəbəkə isə "Tiktok"dur. Burada əsasən 2 istiqamətdə fəaliyyət göstərirlər:
1. Canlı yayımlar.
2. "Fake" profillər.
Canlı yayımlarda dini mövzuları müzakirəyə çevirirlər və diskussiya quraraq guya ki, elmi söhbətlər edirlər. Bu kampaniyanın "mədəni" formasıdır.
"Feyk" profillər vasitəsilə isə öz səviyyələrinə uyğun şəkildə paylaşımlar edilir.
Burada ən sevindirici məqam isə cəmiyyətimizin bu təxribatlara qarşı ayıq-sayıq olmasıdır. Molla rejiminin "feyk" xəbərləri həmin saniyə ifşa edilir. Bu gün İranın zəhər yayan "Səhər" kanalının Azərbaycan dilli versiyası da şikayətlərə görə "youtube"dən silinib.
 
Hacıbəy Heydərli,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Sosial media təmsilçiləri ilə əlaqələr komissiyasının rəhbəri 

OXŞAR XƏBƏRLƏR