İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır

İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
DÜNYA
11:53 08.06.2026
245
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrailin İrana qarşı hücumları və regionda gərginliyin artmasına görə ABŞ-ni məsuliyyətli hesab etdiklərini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bəqayi Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında İsrail–İran qarşıdurması ilə bağlı sualları cavablandırıb.

O bildirib ki, İsrailin hərbi addımlarında ABŞ-ın rolu açıq görünür:

"İsrailin təcavüzündə ABŞ-nin məsuliyyəti aydındır və gərginliyin artmasının nəticələrinə görə də Vaşinqton cavabdehdir”.

İran rəsmisi İsrailin ABŞ ilə koordinasiya olmadan mühüm addımlar atmadığını iddia edib. Bəqayinin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da İsraillə koordinasiya olunduğunu açıq şəkildə bəyan edib.

Sözçü əlavə edib ki, tərəflər arasında atəşkəsin dəfələrlə pozulması və son 24 saatda baş verən hadisələr etimadsızlığı daha da artırıb.

"İsrailin addımlarını ABŞ-dən ayrı qiymətləndirmək mümkün deyil. Son hadisələr onsuz da mövcud olan güvənsizlik mühitini daha da dərinləşdirib”, – deyə o vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR