Xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid Təbrizdə həbs edilib.
AZXEBER.COM xəbər verir ki, X.Xalid ötən ayın 30-da azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.Məsələylə bağlı AMEA –nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı bildirdi ki, Xalidə Xalid İnstitutunun xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin kiçik elmi işçisidir:
“O biz tərəfindən İrana göndərilməyib və onun İrana getməsindən xəbərimiz yoxdur”.
M. Qasımlı bildirdi ki, hazırda məsələ ilə bağlı dəqiqləşdirmə aparılır.AZXEBER.COM xəbər portalı İranda saxlanan Xalidə Xalidin fotolarını əldə edib. Həmin şəkilləri təqdim edirik: