İranda prezidentliyə əsas namizədlərin adları AÇIQLANDI

İranda prezidentliyə əsas namizədlərin adları AÇIQLANDI
DÜNYA
21:42 05.06.2024
298
İran parlamentinin hazırkı sədri Məhəmməd Baqir Qalibaf, ali liderin İran Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və parlamentin keçmiş sədri Əli Laricani İranda keçiriləcək növbədənkənar prezident seçkisində əsas namizədlər hesab edilirlər.

Bu fikir İranın "Tehran Tayms" qəzetindəki məqalədə qeyd edilir.

Məhəmməd Baqir Qalibafın 62 yaşı var. Mühafizəkar siyasətçi İran-İraq müharibəsinin (1980-1988) veteranıdır. O, 12 il Tehranın meri olub və üç dəfə prezidentlik yarışında iştirak edib (2005-ci ildə dördüncü, 2013-cü ildə ikinci yeri tutub).

2017-ci ildə o, mərhum İran prezidenti İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürüb. 2020-ci ildə Qalibaf Məclisin sədri seçilib və bu vəzifəni hələ də icra edir.

59 yaşlı Səid Cəlili də mühafizəkarlardandır və eyni zamanda İran-İraq müharibəsinin veteranıdır. O, iki dəfə prezidentliyə namizəd olub.

2013-cü ildə üçüncü yeri tutub, 2021-ci ildə isə Rəisinin xeyrinə namizədliyini geri götürüb. İndi o, İran Milli Təhlükəsizlik Şurasında ali lider Ayətullah Əli Xameneyini təmsil edir.

Bundan əvvəl Cəlili Xamneyinin aparat rəhbəri və xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. Qərbə qarşı sərt siyasəti ilə yadda qalan prezident Mahmud Əhmədinejadın dövründə Cəlili Təhlükəsizlik Şurasının katibi və eyni zamanda İranın nüvə proqramı üzrə Tehranın baş müzakirəçisi olub.

Əli Laricaninin 66 yaşı var. O, mötədil cinahı təmsil edir. Siyasətçi 2008-2020-ci illərdə parlamentin sədri olub, bundan əvvəl İran Təhlükəsizlik Şurasının katibi və Siyasi Uyğunluğun Müəyyənləşdirilməsi Şurasının üzvü olub. 2005-ci il prezident seçkisində iştirak edib.

2021-ci ildə prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçib, lakin Konstitusiyanın Mühafizəçiləri Şurası onun namizədliyini rədd edib. Laricaninin budəfəki iştirakına icazə verilə bilər.

Qeyd edək ki, İranın seçki komissiyası 278 nəfərdən cəmi 80 siyasətçinin sənədlərini qəbul edib. Onların işlərinə daha 7-10 gün ərzində Konstitusiyanın Mühafizə Şurasında baxılacaq. İştirakçıların yekun siyahısı 11-13 iyun tarixlərində açıqlanacaq. Növbədənkənar seçki isə iyunun 28-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir