İrəvanda Azərbaycan bayrağı ucaldı, boksçularımız vətənə qayıdır

İrəvanda Azərbaycan bayrağı ucaldı, boksçularımız vətənə qayıdır
İDMAN
18:24 07.12.2012
2216
Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası dünya çempionatının keçirildiyi Ermənistanın paytaxtı İrəvandan vətənə dekabrın 8-də qayıdacaq.Bu haqda Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.O, bildirib ki, yığmamız sabah İrəvandan Gürcüstanın paytaxtı Tiflisə çarter reysi ilə uçacaq. Sonra isə komandamız Tiflisdən Bakıya gələcək. Nümayəndə heyətimizi paytaxtımıza gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında saat 16:45-də enəcək. Abiyev İrəvandan 1 bürünc medalla qayıdan komandamız üçün qarşılanma mərasiminin təşkil olunacağını da əlavə edib.Qeyd edək ki, düşmən ölkədə Azərbaycanı 9 boksçu təmsil edib. Onlardan yalnız Pərviz Bağırov (64 kq) medal qazanıb. Bürünc medala sahib olan Bağırovun şərəfinə bu gün İrəvanda Azərbaycan bayrağı ucaldılıb. ABF rəsmisi Ermənistan tərəfindən nümayəndə heyətimizin təhlükəsizliyinə nə mükafatlandırma mərasimi, nə də ümumiyyətlə, yarış boyunca heç bir problem yaradılmadığını açıqlayıb: “Mən onlara demişdim ki, özünüzlə bayraq götürün. Bayrağımızın qaldırılmasına imkan verməsələr, mükafatlandırma mərasiminə idmançımız çiyninə bayraq ataraq çıxsın. Amma indicə danışmışam, heç bir problem olmayıb. Təhlükəsizliklərindən də şikayətlənmirlər. Hər gün oteldən yarış məkanına və geriyə mühafizəçilərin nəzarəti altında gedib-gəliblər”.Yığmamızın çıxışını da dəyərləndirən Abiyev nəticəni normal sayıb. Onun fikrincə, yerli publika və hakimlərin böyük təzyiqi altında medal qazanmağın özü müsbət nailiyyətdir: “Pərviz Bağırov və Orxan Mayıllı ¼ finalda, Tural Əhmədov 1/8 finalda, Saqi Salehli (69 kq) və Rauf Rəhimov (81 kq) 1/16 finalda, Nəsrəddin Məmmədov (56 kq) isə 1/32 finalda uduzublar. Məmmədov ilk görüşdə erməni boksçuya uduzub. Bu, yerli azarkeşlərin təzyiqi altında baş verib. Rəhimov medal qazanmağa qadir idi. Amma onu hakimlər ciddi əsas olmadan ilk görüşdəcə diskvalifikasiya ediblər. Qalan boksçularımız ən azı bir döyüşlərini qələbə ilə başa vurublar. Bağırovu da hakimlər sıxıblar. Onu İrəvan rinqində finala buraxmazdılar. Dünya çempionatı Azərbaycanda keçirilsəydi, bir yox, bir neçə medal qazanardıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir