“İşğal altında olan torpaqlar Azərbaycana qaytarılmalıdır!”

“İşğal altında olan torpaqlar Azərbaycana qaytarılmalıdır!”
MARAQLI
11:03 13.12.2011
2376
“İşğal edilən torpaqların Azərbaycana qaytarılması və qaçqınların öz yurdlarına qayıtması bizim ilkin hədəflərimizdəndir”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçək Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatının ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında deyib. Bu gün Azərbaycanın ən böyük probleminin Erməninstanın işğal altında saxladığı torpaqlar olduğunu deyən Çiçək bu torpaqlarda təbii sərvətləri məhv edən ermənilərin başqa bir insanlıq cinayəti işlədiyini qeyd edib.Cəmil Çiçək işğal edilən torpaqlardan didərgin düşmüş 1 milyondan çox azərbaycanlının çətin şərtlər altında yaşamağa çalışdığını və onların evlərinə qayıdacaqları günü gözlədiklərini deyib: “İşğal altında olan torpaqların Azərbaycanın bir hissəsi halına gəlməsi və qaçqınların yerlərinə qayıtması bizim ilkin hədəflərimizdəndir”.TBMM spikeri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün Türkiyənin hər cür dəstəyə hazır olduğunu deyib: “Dağlıq Qarabağda Azərbaycanın hüquqlarının müdafiəsi bizim xarici siyasətdəki prioritetlərimizdəndir. Dağlıq Qarabağda baş verənlər Cənubi Qafqazda sülhü və sabitliyi təhdid edən ən böyük problemdir. Bu mövzuyla əlaqədar bütün dövlətləri və beynəlxalq qurumları ermənilərin haqsız işğalını bitirməyə çağırırıq. Türkiyə - Ermənistan münasibətlərinin normal hala gətirilməsinin ən əsas şərti Azərbaycana aid torpaqlarda işğalın bitirilməsidir”.Cəmil Çiçək yaxın tarixdə Xocalıda baş verən soyqırımını görməyən dünya ictimaiyyətinin 100 il əvvəldən qondarma soyqırımı axtarışında olmasının çox mənasız olduğunu deyib. “Ermənistanın təkrarladığı “soyqırımı” iddiaları var. Bu iddialarını siyasi kampaniya halına gətiriblər və bu günlərdə bəzi ölkələrin parlamentləri bu istiqamətdə qərar qəbul edib və etmək üzrədir. Bu qərarları qəbul edən parlamentlərin 100 il əvvələ uzanan iddialarla Türkiyəni itham etməsi çox mənasızdır. Halbuki 1992-ci ildə Xocalıda bütün dünyanın gözlərinin qarşısında ən böyük soyqırımı baş verib”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir