İsrail bu tarixə seçkilərinə qədər İrana hücum etməyəcək

İsrail bu tarixə seçkilərinə qədər İrana hücum etməyəcək
DÜNYA
02:23 27.10.2026
201
İsrail 27 oktyabra təyin olunmuş parlament seçkilərindən əvvəl İrana hücum etməyi planlaşdırmır.

Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Katz X-də yazıb: "Birmənalı şəkildə bildirirəm ki, İsrailin seçkilərdən əvvəl İrana hücum etmək niyyəti yoxdur. Bu məsələ ilə bağlı bütün məlumatlar tamamilə yalandır. İsrail tərəfi İranın mümkün hücumuna var gücü ilə cavab verəcək".

Katz həmçinin qeyd edib ki, İsrail mediasında "İran məsələsində İsrail siyasi rəhbərliyi ilə İsrail Müdafiə Qüvvələri (İMQ) arasında fikir ayrılıqları" barədə yayılan məlumatlar tamamilə yalandır: "Müdafiə naziri vəzifəsinə başladığımdan bəri Baş nazir Benyamin Netanyahu, mənim və İMQ arasında İran məsələsində tam koordinasiya olub".
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR