İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu

İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
DÜNYA
11:11 08.06.2026
204
İsrailin İrana hücumlarından sonra Mehrabad, Məşhəd və Kirmanşah hava limanlarında bütün uçuşların ikinci bir elan verilənədək ləğv edildiyi bildirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran və İsrail arasında qarşılıqlı hücumlar davam edərkən, paytaxt Tehran şəhərində yerləşən Mehrabad hava limanında bütün uçuşlar yeni bir açıqlamaya qədər dayandırılıb.

Səlahiyyətli şəxslər sərnişinlərdən uçuş vəziyyəti ilə bağlı ən son məlumatı öyrənmək üçün hava limanına getməzdən əvvəl aidiyyəti qurumlarla əlaqə saxlamağı xahiş ediblər.

Həmçinin, Məşhəd və Kirmanşah hava limanlarında da uçuş əməliyyatlarının dayandırıldığı qeyd olunub.
 
 Gülay
OXŞAR XƏBƏRLƏR