İşsizlikdən sığorta ödənişinin də müddəti uzadıldı

İşsizlikdən sığorta ödənişinin də müddəti uzadıldı
İQTİSADİYYAT
14:12 23.06.2020
1299
2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 
OXŞAR XƏBƏRLƏR