İstanbul metrosunda qatar relsdən çıxdı, sərnişinlər təxliyə olundu
DÜNYA
22:38 19.06.2026
233
Türkiyənin İstanbul şəhərində metro qatarı relsdən çıxıb. AZXEBER.COM xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, sərnişinlər tunel vasitəsilə təxliyə ediliblər, xəsarət alanlarla bağlı məlumat verilməyib. Qatar Kadıköy rayonundan Sabiha Gökçen hava limanı istiqamətində hərəkət edirmiş.