“Facebook” sosial şəbəkəsi silinən materialları yaddaşda saxladığı üçün 100 000 avro dəyərində cərimə gözləyir.
Bu şikayəti sosial şəbəkənin bir istifadəçisi edib. Onun sözlərinə görə, “facebook” qanunsuz olaraq onun sildiyi məlumatları yaddaşda saxlayırmış. Hadisə avstraliyalı 24 yaşlı tələbənin təsadüfi olaraq sosial şəbəkədən öz profilinin sürətini çıxarmasını xahiş edib. Əvəzində isə o istədiyindən daha çox məlumat gəlib (1 200 səhifənin sürəti ). Gəncin sözlərinə görə, vaxtilə o, bu məlumatları silmişdi. “Belə çıxır ki, “facebook” silinən məlumatları bazada saxlayırmış”.(xezerxeber.com)