JEM Səfər Əbiyevə müraciət etdi

JEM Səfər Əbiyevə müraciət etdi
MEDIA
13:31 10.01.2013
1974

Ceyhun Musaoğlu: “Hərbi hissələrin qapılarını açın, jurnalistləri də araşdırma aparmaq üçün sərbəst buraxın”

“Düşmənlə üz-üzə dayanıb küncə sıxışdırılmış sərhədlərimizi qoruyan Azərbaycan əsgərlərinin bir-birini qətlə yetirməsi hadisələri hər günümüzün həm əvvəlinə hakimdi, həm ortasına, həm də sonuna. Övladları Milli Orduda hərbi xidmət keçən valideynlər səksəkə içində yaşamağa məhkum olublar”.

AZXEBER.COM-un məlumatına görə, bu fikirlər əsgər ölümlərinə səbəb olan halların araşdıırılmasını tələb edən Jurnalist Ekspert Mərkəzinin müdafiə naziri Səfər Əbiyevə ünvanladığı müraciətindəndi.

JEM sədri Ceyhun Musaoğlu əməkdaşımızla söhbətində bildirib ki, müharibəsiz bu qədər əsgər itirmək ən dəhşətli faciədir: “Mən 4 il Azərbaycan Ordusunda xidmət keçmişəm. Əsasən də Milli Orduda hansı problemlər olduğunu yaxşı bilirəm. Bizim dövrümüzdə müharibə olduğundan ordudadn təxris edilmək yox idi. Yaşlı admların orduya yeni gələnlərlə bir yerdə qulluq etməsi münasibətlərdə korrekt davranmağa yardımçı olurdu. Artıq uzun illərdir bu balans pozulub. Üç əsgər bir əsgəri, iki zabirt üç əsgəri incidir, onun həyatını zəhərə döndərir. Daha dəhşətli hadisələr də baş verir ki, buna dözmək mümkün deyil. Əsgər ya özünü güllələyir, ya yoldaşını. Çox vaxt da, onu da öldürür, özünü də”.

JEM sədri deyir ki, zorakılıq halları nəticəsində ölən əsgərlərin üzərində bu halı təsdiq edən ciddi və danılmaz faktlar olsa da, rəsmi qurumlar mərhumun öz əcəlindən öldüyünü deməyə meyillidir: “Biz jurnlaistik, tərəfli çıxış edə bilmərik. Ona görə JEM adından şəxsən Səfər Əbiyevdən xahiş edirk ki, hərbi hissələrin qapılarınə açıb jurnalistləri sərbəst araşdırma aparmağa şərait yaratsın. Bizim məqsədimiz orduya vurulan ləkəni təmizləməkdir. Bir neçə nəfər qudurmiş zabit, yaxud yekəxanalıq edən əsgərə görə büdcədən miyardlarla pul ayrılan ordunu miskin görünüşdə təqdim etmək dözülməzdir”.

Ceyhun Musaoğlu onu da bildirib ki, bütün QHT-lər bu problemin həlli üçün bir araya gəlməlidir: “Biz bütün QHT-lərə də müraciət edirik ki, ordudakı dəhşətlərin qarşısını almaq üçün səylərini birləşdirib, konkret addımlar atsınlar”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:31 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi