Kallas: Rusiya ərzaqdan silah kimi istifadə edir

Kallas: Rusiya ərzaqdan silah kimi istifadə edir
DÜNYA
14:03 20.10.2026
208
Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas Rusiyanı Qara dənizdə gəmilərə hücumları artırmaqda və qlobal ərzaq təhlükəsizliyinə zərər vurmaqda ittiham edib.

AZXEBER.COM xəbər verir ki, Kallas bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son 10 gündə Qara dənizdə Rusiyaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatları ilə 6 hücum qeydə alınıb. Kallas Moskvanın iyulun ortalarından etibarən Ukraynanın ixrac məhsullarına hücumları intensivləşdirdiyini iddia edib.

"Rusiya ərzaqdan qəsdən silah kimi istifadə edir və qlobal ərzaq təhlükəsizliyinə zərər vurur”, – deyə o bildirib.

Kallas Rusiyanın Moldova, Rumıniya və Polşa ilə sərhəd keçidlərini də hədəf aldığını, bunun taxıl ixracı üçün alternativ marşrutları riskə atdığını söyləyib.

Aİ rəsmisi Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi, Türkiyə və digər beynəlxalq tərəfdaşlarla sərbəst gəmiçiliyin təmin olunması istiqamətində əməkdaşlığın davam etdiyini bildirib.

Kallas, həmçinin Rusiyaya təzyiqlərin saxlanılmasının və Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR