Kamran Əsədovun 3 il həbsi tələb edildi

Kamran Əsədovun 3 il həbsi tələb edildi
17:10 06.11.2026
23
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib.

Prokuror yekun nitqində müttəhimlərin ikisinin də verilmiş ittihamlarla təqsirli bilinməsini, Kamran Əsədovun 3 il, Gündüz Abbasovun 3 il 6 ay azadlıqdan məhrum olunmasını tələb edib.

Hakim vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verib.
OXŞAR XƏBƏRLƏR