Karyeram sona yaxınlaşır - Ronaldo

Karyeram sona yaxınlaşır - Ronaldo
İDMAN
03:34 01.05.2026
248
"Ən-Nəsr" futbol klubunun və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu karyerasını başa çatdırmaq barədə danışıb.

AZXEBER.COM bu barədə "Marca" nəşrinə istinadən xəbər verir.

"Karyeram getdikcə sona yaxınlaşır... Hər matçın dəyərini bilmək lazımdır. Mənim parlaq karyeram olub və onun belə qalmasını istəyirəm. Mən hələ də zövq alıram, hələ də qollar vururam. Lakin hər şeydən əvvəl söhbət qələbələrdən gedir. Biz liqanı qazanmağı çox istəyirik.

Mən təkcə bu nəsil üçün deyil, həm əvvəlki, həm də gələcək nəsillər üçün oynamağa davam edirəm. Günbəgün, oyundan oyuna, ildən ilə zövq alıram - hətta karyeramın sonuna yaxınlaşdığım hazırkı vaxtda belə. Bu, faktdır", - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR