4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi
SOSİAL
23:54 03.06.2026
114
23 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Bəşirov Nəsir Bəşir oğlu elm və texnologiya sahəsində qazandığı uğurlarla diqqət çəkir.

AZXEBER.COM unikal-a istinadən xəbər verir ki, Nəsir hələ 6-cı sinifdə informatika fənni üzrə Respublika Fənn Müsabiqəsində bürünc medal qazanaraq uğur yoluna qədəm qoyub. 7-ci sinifdə isə fizika üzrə qızıl medal əldə edib.

8-ci sinifdən etibarən Respublika Fənn Olimpiadalarında iştirak edən Nəsir 4 il ardıcıl olaraq yüksək nəticələr göstərib:

8-ci sinif — gümüş medal

9-cu sinif — qızıl medal

10-cu sinif — gümüş medal

11-ci sinif — qızıl medal

Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə keçirilən "İddia Cup” proqramlaşdırma müsabiqəsində gümüş medal qazanan Nəsir beynəlxalq arenada da uğurla çıxış edib. O, "Info 1 Cup” beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb, EJOI — Avropa Gənclər

Olimpiadasında isə həvəsləndirici sertifikata layiq görülüb.

Yüksək nailiyyətlərinə görə ali məktəbə müsabiqədənkənar qəbul hüququ qazanan Nəsir təhsilini ADA Universitetinin "Kompüter elmləri” ixtisası üzrə davam etdirməyi planlaşdırır.
OXŞAR XƏBƏRLƏR