Kaş o gecə mən ölərdim, sən yox, ana...

Kaş o gecə mən ölərdim, sən yox, ana...
KÖŞƏ
15:25 24.12.2014
7901

Türkan Turan

Ümidlərim küçələrə dağılıb

Adım Qaçqın, evim Uzaq, şəhərim Yad..

Artıq adımı, evimi, şəhərimi heç kimə demirəm, ana. Çünki 5 yaşımda yaşadıqlarım, mənə bir gün, yenə bunların əlimdən alınacağını öyrətdi!

Niyə ana, niyə hər şey gözlədiyim kimi olmadı? Niyə həyatımı sürgündəymiş kimi keçirdim? Öz yurd-yuvamda yaşamaq şansım varkən, niyə uzaq ellərdə, kimsəsizliyə düçar oldum? Niyə sadəcə öz ayaq səslərimi eşitdim, evin içində? Niyə?

Yoxluğun qədər qərib yaşadım, uzaq ellərdə həm səndən, həm özümdən uzaq düşdüm.

20 ildir sənin parçalarını düşünməkdən, özüm üçün yaşamaq fürsətim olmadı.

Sağ olsaydın, bunlara icazə verərdin? Yox, verməzdin, ana.

Dəhşətli səslə oyandığım o gecə, yadımdan çıxmır. Evə düşən bomba, itirdiyim ailəm, möcüzə nəticəsində qurtulan mən və 20 il əvvəl başlayan dəhşət davam edir.

Bax, növbəti bir gündə geridə qaldı. Yeni bir günə təkrar açdım gözlərimi, fərqi yoxdur, illərdir açdığım səhərlərdən biridir. Dəyişən sadəcə təqvimdir.

Nə etdiyimi, harda olduğumu, necə olduğumu artıq bilmirəm. Ətrafımdakı insanlara hiss etdirmədən, öz içimdə böyütdüyüm təkliyimlə bərabər oturub səninlə keçən günləri düşünürəm. İnsan doğulduğu yerdə xoşbəxtdir. Amma məni xoşbəxt edəcək doğulduğum o yer yoxdur, sən yoxsan!

Oyan ana, oyan!! Əcəlimlə ölməyə imkan verməyəcəklər. Məni də bir bombanın, bir güllənin qurbanı edəcəklər.

Gecədən qalan xəyalların var yanımda, yatırlar. Ümidlərim küçələrə dağılıb. Gözlərim qan çanağıdır. Ən çox səhərlər üzülürəm, ana. Hər şey yuxu kimi gəlir mənə. Düşünürəm ki, oyanacam və yuxu bitəcək.

Acdığımda, xəstələndiyimdə, sığına biləcəyim bir qucaq axtardığımda, səni yanımda tapa bilmədim, anacan. Yıxıldığım vaxt başımı qaldırıb, səni axtardım, məni ayağa qaldırasan deyə. Dizim qanadığı üçün yox, səni başımın üstündə görə bilmədiyim üçün ağlamağa başladım!...

Bilirsən, sən öldükdən 1 il sonra məktəbə getdim. Dəhşətli acını elə ilk gün yaşadım. İzdihamdan sıxılaraq,tanımadığım onlarla insanın içində, sığına biləcəyim, əlindən yapışacağım əlini tapa bilmədim!

Bütün uşaqların gözü qapıda, ata-anasındaykən, mənim başım önümdəki partaya əyilmişdi. Gözlərim, qəhərdən boğularaq, dırnağımla qaşıdığım yerə dikilmişdi! Çünki məni gözləyən, “sən” yox idin qapıda, anacan. Burda qalacam, qorxacam, necə olacam, kimlərin içindəyəm qorxusu yaşamadım. Çünki səndən sonra onlarla, tanımadığım insanların içində qovruldum.

Hər gün uşaqlar evə tez gedəcəkləri üçün, səbirsizliklə çalınan zəngi gözlədilər. Amma mənim üçün zəngin tez və ya gec çalınacağının fərqi yox idi. Çünki məni məktəbdən götürəcək atam, evdə isti yemək hazırlayıb, isti ocaq başında gözləyəcək anam, oynayacaq, bəzən də dalaşacaq bacı qardaşım yox idi.

Çox kövrək olmuşam! Biri toxunsa ağlayacaq vəziyyətdəyəm. Yaşasaydın, bilirəm ki, ağlamağımı istəməzdin. Canım yansa, məndən qabaq sızlayardın.

Hər dəfə fəsil dəyişəndə, doğum günlərimdə, sinifdən-sinifə keçdiyimdə, nə hədiyyə həyəcanım, nə geyim təlaşım olmadı. Hətta aldığım qiymətlər belə məni həyəcanlandırmırdı. Əlaçı olmam belə vecimə deyildi. Çünki o qiymətləri paylaşacağım kimsəm yox idi. 5 alıb üstünə qaçacağım anam, yaxşı qiymət müqabilində hədiyyə gözləyəcəyim atam yox idi.

5 yaşlı uşaq unudar deyirlər. Amma unuda bilmədim anacan. Hərarətini, qoxunu, sevgini unuda bilmədim.

Gecələr gözümü yumduğum zaman qulağıma həmin gecənin bomba səsləri gəlir! Parçalanmış bədənin, atamın mənə doğru qaçması yaddaşımdan silinmir. Ağırdır. Ağrımı iliklərimdə daşıyıram. Ruhum, bədənim, beynim, ürəyim sızıldayır. Sənsizlik məni daha da yandırır.

Bəzən kaş deyirəm... Kaş, mən də sizinlə birlikdə parçalanardım deyirəm.

Anacan, 5 yaşlı bir qızın hüznünü qaldıra biməyəcək, gücünü həzm etməyəcək qədər zəif imiş bu dünya!

İllər keçdi. Bir az da böyüdüm. Məktəbi bitirdim. Yenə də yanımda sən olmadın. Son zəng çalındı. Yenə hər kəsin ailəsi yanında idi, üzü gülürdü, hər kəsi öpən qucaqlayan var idi, amma mənim boynum yenə bükük idi. Çünki yenə “yoxum” idin.

Müharibədən sonra yeni həyat qurmaq çətindir. Mən körpə qəlbimlə yuva qurmağa cəhd etdim. Amma yuva quracaq nə anam var, nə atam, nə yerim, nə yurdum...

Təkbaşıma bunu necə edərdim? Sənsiz şikəstəm, yarıölüyəm, paramparçayam.

20 il keçib və mən hələ də xoşbəxt deyiləm. Yaşadıqlarımı unutmaq üçün yeni bir dünya axtarıram! İllərdir öz vətənimdə əcnəbi kimi yaşayıram.

Bilirsən, sizsizlikdən artiq 20 il keçib. Müharibə unudulub. Amma mən unuda bilmədim. Çünki müharibə məni tək qoydu. İstəsəm də nə müharibəni, nə müharibə şəraitində olduğumuzu unuda bilməyəcəm.

Nə işıq yanan ocağım, nə bacım, qardaşım, nə arxam-dayağım, nə isti qucağın yoxdur.

Ana, mən daha böyümədim. Çünki sən yoxsan. Yuvam yoxdur. Çünki doğulduğum torpağa bağlı köküm yoxdur. Köküm qırıb atdılar, ana!!!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb