Keçmiş işçisi tanınmış şirkətin seyfini oğurlamaq istədi - FOTO

Keçmiş işçisi tanınmış şirkətin seyfini oğurlamaq istədi - FOTO
KRİMİNAL
11:09 26.01.2022
484
Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən "Balacans Agro Food” MMC-nin ofisindən oğurluğa cəhd edilməsi ilə bağlı müraciət daxil olub. Bildirilib ki, qanunsuz olaraq ofisə daxil olan naməlum şəxs(lər) oradakı seyfi yarıb, içərisindəkiləri oğurlamaq istəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib. Qısa zamanda "isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Sarıbulaq kənd sakini Ramazan Abdullayev saxlanılıb.

Aparılmış ilkin araşdırmalar zamanı müəyyən edilib ki, R.Abdullayev gecə saat iki radələrində zavoda hasardan dırmaşaraq daxil olub və ilk öncə təmir-tikinti alətlərinin saxlanıldığı yerə gəlib. Seyfi yarmaq üçün özünə lazım olan alətləri götürdükdən sonra pəncərədən ofisin içərisinə daxil olub.

Bir neçə dəfə seyfi sındırmağa cəhd göstərsə də, lakin o, niyyətini həyata keçirə bilməyib. Məqsədinə çatmadıqda isə qaçaraq oradan uzaqlaşıb və yaşadığı ünvana geri qayıdıb. R.Abdullayev ifadəsində ötən ilin avqust-noyabr aylarında həmin MMC-də işlədiyi üçün oranı yaxşı tanıdığını və seyfin yerini əvvəlcədən bildiyini qeyd edib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Torpaqların qiyməti bu səbəbdən artacaq - VİDEO
00:48 28.11.2026
Torpaqların qiyməti bu səbəbdən artacaq - VİDEO
Bürclər bu günə nə deyir?
00:28 28.11.2026
Bürclər bu günə nə deyir?
Gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı haqda həbs qərarı çıxarıldı
00:12 28.11.2026
Gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı haqda həbs qərarı çıxarıldı
Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
00:00 28.11.2026
Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
"Sədərək"də qeyri-adi qəza: Yolun ortasında dayanan kişini motosiklet vurdu - Anbaan video
23:44 27.11.2026
"Sədərək"də qeyri-adi qəza: Yolun ortasında dayanan kişini motosiklet vurdu - Anbaan video
Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub
23:23 27.11.2026
Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub
İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu
23:06 27.11.2026
İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu
Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək
22:53 27.11.2026
Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək
Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq"
22:43 27.11.2026
Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq"
Mahir Emreli "Rakuv"un heyətində yeddinci qolunu vurub
22:33 27.11.2026
Mahir Emreli "Rakuv"un heyətində yeddinci qolunu vurub
Lənkəranda avtomobilin vuraraq öldürdüyü uşaq 5-ci sinif şagirdi imiş
22:21 27.11.2026
Lənkəranda avtomobilin vuraraq öldürdüyü uşaq 5-ci sinif şagirdi imiş
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
22:07 27.11.2026
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib
21:54 27.11.2026
Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib
Tokayev: "Məscidlərin yerinə kitabxana tikmək lazımdır"
21:42 27.11.2026
Tokayev: "Məscidlərin yerinə kitabxana tikmək lazımdır"
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
21:26 27.11.2026
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
21:16 27.11.2026
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib