Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?

Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?
İQTİSADİYYAT
15:56 07.08.2026
252
Kənd yerlərində yaşayan bir sakinin cibindən hər ay orta hesabla 368,2 manat çıxır.

AZXEBER.COM açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kənd sakinlərinin ən çox vəsait ayırdığı sahə qida məhsullarıdır. Belə ki, bir nəfərin aylıq ərzaq xərci orta hesabla 159,7 manat olub.

Kənd əhalisinin digər əsas xərcləri arasında su, elektrik enerjisi, qaz və digər yanacaq növləri 29 manat, ev əşyaları, məişət texnikası və evə qulluq məhsulları 27,5 manat, mehmanxana, kafe və restoran xidmətləri 26,9 manat, nəqliyyat xidmətləri isə 26,1 manat təşkil edib.

Kənd yerlərində ən aşağı xərc istiqamətlərindən biri isə təhsildir. Kənd sakinlərinin adambaşına aylıq təhsil xərci cəmi 5,3 manat olub. Rabitə xidmətlərinə 11,5 manat, istirahət və mədəniyyət xidmətlərinə 14,8 manat, səhiyyə xidmətlərinə isə 18,9 manat vəsait ayrılıb.

Qida məhsulları daxilində alkoqollu içkilərə çəkilən xərc isə ay ərzində 2,1 manatla ən aşağı göstəricilərdən biri olub. Tütün məmulatlarına aylıq orta xərc 7,2 manat təşkil edib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR