Kənd Təsərrüfatı Nazirliyində imtahanla işə qəbul olan gəncin başına açılan dəhşətli oyunlar - ŞOK

SOSİAL
14:01 25.10.2016
15456

Kənd Təsərrüfatı Nazirliyində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqədən uğurla keçən gəncin yerinə tapşırıqla adam götürüblər. 

 

Bu barədə AZXEBER.COM-a Əsədov Anar Əsədulla oğlu göndərdiyi şikayət məktubunda bildirib. Vətəndaş Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə işə qəbul edildikdən sonra sözügedən nazirlikdə başına gətirilən hadisələrlə bağlı özbaşınalıqları əks etdirən məlumatları bölüşüb:

"16 iyul 2016-cı il tarixində mən bütün namizədlərlə birgə nazirlə görüşdə (red: Heydər Əsədov) iştirak etdim və həmin görüşdə nazir şəxsən mənimlə söhbəti zamanı 2-ci dərəcəli dövlət qulluqçusu olmağımı, əvvəllər hüquq ixtisası üzrə digər dövlət orqanlarında işləməyimi əsas götürərək barəmdə müsbət fikir söylədi və bildirdi ki, 2 həftə sonra əmrin veriləcəkdir.

Həmin müddət ərzində nazirliyin hüquq şöbəsinin müdiri Xudayət Həsənlinin verdiyi bütün tapşırıqları tam şəkildə yerinə yetirdim. Lakin Xudayət Həsənli elə ilk günlərdən, hüquqi biliyimi, iş bacarığımı yoxlayıb qiymət vermədən mənə bir neçə dəfə bildirdi ki, sənin imtahanla keçdiyin baş məsləhətçi vəzifəsi tutulub, yəni həmin vəzifədə imtahandan kənar müqavilə ilə işçi işləyir, bu səbəbdən də sən heç bir işlə təmin edilməyəcəksən. Mən ondan soruşdum ki, ştat üzrə baş məsləhətçi vəzifəsi vakantdır və həmin vəzifə müsabiqəyə çıxarılıb, nə üçün həmin yerə dövlət qulluğu yolu ilə imtahandan keçdiyim halda mən yox, hansısa qeyi-qanuni yollarla: tanışılıqla, yaxud tapşırıqla həmin vəzifəyə işçi təyin olunub və həmin şəxs qanunsuz olaraq əmək müqaviləsi üzrə həmin vəzifədə işləyir. Şöbə müdiri isə mənə bunun sənə aiddiyyatı yoxdur, istəyərəm həmin vəzifəni sataram, istəyərəm vakant saxlayaram, özüm bilərəm, necə istəyirəm elə də edirəm cavabını verdi. Maraqlısı budur ki, bütün bu qanunsuzluğu Hüquq şöbəsinin müdiri nazirdən xəbərsiz həyata keçirir.

Halbuki, qanunvericilikdə mərkəzi icra hakimiyyəti orqanlarında 5-ci -7-ci təsnifatlar üzrə dövlət qulluğu vəzifələrinin tutulmasının yeganə yolu kimi DQMK tərəfindən keçirilən 2 mərhələli müsabiqədən uğurla keçərək müvafiq inzibati vəzifəyə təyin olunmaq qaydası təsbit edilmişdir”.

İmtahandan keçən gənc imtahanla rəsmi olaraq işə qəbul edildiyi halda 2 həftə sonra əmrinin verilmədiyini və öncədən tapşırıqla işə götürülən şəxsin onun yerinə işdə qaldığını deyir:

"2 həftə hüquq şöbəsində işlədikdən sonra əmrim verilmədi, həmçinin baş məsləhətçi vəzifəsinə təyin edilməkdən imtina barədə də nazirlik tərəfindən nə mənə, nə də DQMK-ya heç bir rəsmi sənəd verilmədi. Məsələni belə görüb dərhal cənab Prezidentin saytına elektron ərizə ilə müraciət etdim və həmin ərizə araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərildi. Nazirlikdən isə ərizəyə əsassız və formal bir cavab yazdılar ki, həmin cavabdan da heç nə başa düşmək olmur. Daha sonra avqust ayının axırında Prezident Administrasiyasının Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun qəbulunda oldum və O da mənə bildirdi ki, sən birmənalı olaraq həmin vəzifəyə təyin olunmalısan. Həmçinin mənimlə söhbət zamanı nazirliyin bu məsələdə açıq-aşkar özbaşınalıq və qanunsuzluq etdiyini dedi və məsələni nəzarətə götürərək araşdıracağını bildirdi. Əlavə olaraq mənə nazirin və DQMK sədrinin qəbuluna düşməyi tövsiyyə etdi. Sentyabr ayının 6-da DQMK sədri Bəhram Xəlilovun qəbulunda oldum. Sədr də mənə həmin vəzifəyə təyin olunmamağın üçün hər hansı əsasın olmadığını və bu səbəbdən də qanunun tələbinə əsasən nazirlik tərəfindən baş məsləhətçi vəzifəsinə dərhal təyin olunmalı olduğumu bildirdi”.

Şikayətçi dəfələrlə Heydər Əsədovun qəbuluna düşmək üçün cəhd etsə də, bu cəhdinin qarşısının müxtəlif yollarla alındığını deyir:

"Bir neçə dəfə Kənd Təsərrüfatı Nazirinin qəbuluna yazılsam da, hər dəfə Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xudayət Həsənli və nazirliyin digər vəzifəli şəxsləri tərəfindən öz qanunsuz əməllərinin gizlədilməsi məqsədilə süni şəkildə maneələr yaradaraq nazirlə görüşməyimə imkan vermirlər. Sentyabr ayında bildirdilər ki, nazir məzuniyyətdədir qəbul olmayacaq, oktyabr ayının 11-dəki qəbulda isə yenə nazir tərəfindən qəbul olunmağıma imkan vermədilər və yalnız hüquq şöbəsinin müdiri tərəfindən qəbul edildim. Qəbul zamanı qanunun mənim tərəfimdə olduğunu və vəzifəyə təyin olunmalı olduğumu şöbə müdirinin nəzərinə çatdırsam da, şöbə müdiri dövlət məmuruna yaraşmayan tərzdə, kobud şəkildə mənə bildirdi ki, boş yerimiz yoxdur, həmin vəzifə tutulub, satmışam, get hara şikayət edirsən elə, nə imtahan onlar formal xarakterli şeylərdir, nə qədər mən burdayam sən nazirlikdə heç bir vəzifəyə təyin olunmayacaqsan. Mənə qarşı olan bu kobud davranışa baxmayaraq, dünyagörüşümə, mədəniyyətimə və tərbiyəmə görə şöbə müdirinə heç bir söz demədən nazirliyin binasını tərk etdim”.

 Sözügedən iddialarla bağlı şikayətçinin məktubunda qeyd etdiyi şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər