“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat

“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
SİYASƏT
16:55 05.08.2026
280
Xəbər verdiyimiz kimi, türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı Ruben Vardanyanı dəstəkləməsi və mühazirə oxumaq üçün Bakıya gəlməkdən imtina etməsi ilə əlaqədar amerikalı risk tədqiqatçısı və esseist Nassim Nikolas Talebə açıq məktub dərc edib.

Kırlıkovalı öz məktubunda Talebin Vardanyanın qeyd-şərtsiz azad edilməsi ilə bağlı çağırışını tənqid edib.

"Mən sizə Ruben Vardanyanın həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etdiyinizi bildirdiyiniz son açıq açıqlamanızla bağlı yazıram. Karyerasını gizli maliyyə riskləri, narrativ yanlışlıqlar və sistemli "korluq" barədə dünyanı xəbərdar etməyə həsr etmiş bir müəllifin diqqətlə formalaşdırılmış bir illüziyanın təsiri altına düşməsini müşahidə etmək dərin ironiyadır. Vardanyanın maliyyə şəbəkəsinin, fəaliyyət tarixçəsinin və qəfil siyasi manevrlərinin hərtərəfli təhlili göstərir ki, onun geniş tanınan xeyriyyəçi imici məhz sizin klassik şəkildə "narrativ sipər" adlandıracağınız bir vasitədir və qanunsuz maliyyə fəaliyyətini, eləcə də geosiyasi sabitliyin pozulmasını gizlətməyə xidmət edir", - Kırlıkovalı yazıb.

Onun fikrincə, Vardanyanın 2022-ci ilin sonunda Qarabağda qəfil peyda olması regional sabitliyi pozub. Kırlıkovalı xatırladıb ki, 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsi Vardanyanı terrorçuluğu maliyyələşdirmə və qanunsuz silahlı birləşmələr yaratma da daxil olmaqla, müxtəlif ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edib.

"Qlobal platformanızdan kölgə ticarəti, qeyri-qanuni qlobal maliyyələşdirmə və hərbi logistika ilə sıx bağlı olan bir oliqarxın maraqlarını qorumaq üçün silah kimi istifadə etməklə qeyri-etik mövqe tutursunuz", - məktub müəllifi Talebə müraciətində qeyd edib.

O vurğulayıb ki, Vardanyanın fəaliyyətini yalnız humanitar missiya kimi qiymətləndirmək Talebin öz yazılarında dəfələrlə xəbərdarlıq etdiyi həmin "kor zonalar"ın qurbanına çevrilmək deməkdir.

E.Kırlıkovalının fikrincə, Talebin ictimai mövqeyi həm də Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarına qarşı empatiyanın olmamasından xəbər verir.

Qeyd edək ki, daha əvvəl N.Taleb sosial şəbəkədə Azərbaycanda mühazirə ilə çıxış etmək üçün dəvət aldığını, lakin Vardanyan həbsdə olduğu müddətdə gəlməkdən imtina etdiyini bildirmişdi. O, Vardanyanı "siyasi məhbus" adlandırıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında deyib ki, Vardanyan uzun müddətdir bəzi beynəlxalq dairələr tərəfindən yalnız "xeyriyyəçi” və "ictimai xadim” obrazında təqdim olunur: 

"Türk-amerikalı alim Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı açıq məktub əslində təkcə bir şəxsin müdafiəsinə etiraz deyil, həm də beynəlxalq informasiya məkanında formalaşdırılan birtərəfli narrativlərə qarşı ciddi intellektual mövqedir. Ruben Vardanyan uzun müddətdir bəzi beynəlxalq dairələr tərəfindən yalnız "xeyriyyəçi” və "ictimai xadim” obrazında təqdim olunur. 

Halbuki onun fəaliyyəti ilə bağlı irəli sürülən çoxsaylı hüquqi və maliyyə xarakterli iddialar, eləcə də Azərbaycanın suveren ərazilərində qanunsuz siyasi fəaliyyət göstərməsi faktı bu məsələyə yalnız emosional deyil, hüquqi və siyasi prizmadan yanaşılmasını zəruri edir”.

Deputat bildirib ki, Azərbaycanın mövqeyi əvvəldən aydındır: 

"Azərbaycanın mövqeyi əvvəldən aydındır. Ölkə ərazisində cinayət törətməkdə ittiham olunan hər bir şəxs milli qanunvericiliyə uyğun şəkildə mühakimə olunur və bu prosesə kənardan siyasi təzyiq göstərilməsi nə hüququn aliliyinə, nə də beynəlxalq münasibətlərdə bərabərlik prinsipinə uyğundur. Ergün Kırlıkovalının məktubunun diqqətçəkən tərəfi ondan ibarətdir ki, müəllif emosional bəyanatlar deyil, məhz faktlar, maliyyə əlaqələri, siyasi proseslər və geosiyasi nəticələr üzərindən arqumentlər qurmağa çalışır. Bu isə illərdir beynəlxalq mediada formalaşdırılan birtərəfli yanaşmaların alternativ baxışlarla da müzakirə olunmasının vacibliyini göstərir”. 

V.İskəndərov qeyd edib ki, Azərbaycan bu gün regionda yeni təhlükəsizlik mühiti formalaşdırmağa çalışdığı bir vaxtda köhnə stereotiplər reallığı dəyişə bilməz: 

"Beynəlxalq nüfuza malik şəxslərin hər hansı mövqe ortaya qoyarkən yalnız bir mənbənin yaratdığı təsəvvürlə kifayətlənməməsi, hadisələri bütün tərəfləri ilə araşdırması daha obyektiv nəticəyə gətirib çıxarar. Xüsusilə münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi hədəflənirsə, hüquqi proseslərin siyasiləşdirilməsi deyil, beynəlxalq hüququn prinsiplərinə hörmət əsas yanaşma olmalıdır. Azərbaycan bu gün regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırmağa çalışdığı bir vaxtda köhnə stereotiplər və manipulyativ informasiya kampaniyaları nə reallığı dəyişə bilər, nə də məhkəmə proseslərinin mahiyyətinə təsir göstərə bilər. Əksinə, bu cür açıq məktublar göstərir ki, beynəlxalq ekspert dairələrində də hadisələrə daha tənqidi və balanslı yanaşan mövqelər getdikcə artır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı