Kirayə qalanlar bu xəbəri mütləq oxusun - 300 manat cərimələnə bilərsiniz

Kirayə qalanlar bu xəbəri mütləq oxusun - 300 manat cərimələnə bilərsiniz
SOSİAL
13:51 02.05.2026
1293
Kirayə bazarında uzun illərdir mövcud olan qeyri-rəsmi münasibətlərə son qoymaq, bütün kirayə əməliyyatlarını rəsmi müqavilələr çərçivəsinə salmaq və vergi uçotunu gücləndirməkdir üçün tətbiq olunan inzibati cərimələr artırılıb.

Əvvəllər bu qaydanın pozulmasına görə 30 manat cərimə tətbiq edilirdisə, yeni qaydalara əsasən həmin məbləğ 300 manata qədər yüksəldilir.

AZXEBER.COM xəbər verir ki, rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az-a bildirib ki, cərimə məbləğinin artması əksər kirayə müqavilələrinin rəsmiləşdirilməsinə ciddi təsir göstərməyəcək. Ekspertin sözlərinə görə, bunun üçün çıxarışı olmayan ev sahibinin də mənzili kirayə verərkən müqavilə bağlamaq şansı olmalıdır:

"Qaydalar və qeydiyyat prosesi dəyişməlidir. Vətəndaşın çıxarışı olmasa da onun müvaqilə bağlamaq şansı tanınmalıdır. Vətəndaş hansısa bir sahədən gəlir əldə edirsə, sözsüz ki, vergi də ödəməlidir. Kirayə ilə bağlı vergilər cari ildən 14 faizdən 10 faizə endirilib. Amma qanunda bəzi boşluqlar var. Müqavilə notarial qaydada bağlanırsa, kirayə qalan şəxs həmin mənzilə müvəqqəti qeydiyyata düşməlidir”.

Həmsöhbətimiz qeyd edir ki, Bakı və Abşeronda 500 minə yaxın çıxarışı olmayan ev var:

"Kirayədə qalanların mütləq əksəriyyəti bölgələrdən gələn tələbələr, iş dalınca gələnlərdir. Amma Bakı və Abşeronda 500 minə yaxın fərdi yaşayış evləri var. Hansı ki, onların çoxunun çıxarışı yoxdur. Bu səbəbdən həmin ərazilərdəki evlər kirayəyə veriləndə müqaviləni notarial qaydada bağlamaq olmur. Çünki bunun üçün mütləq şəkildə evi müəyyən edən sənəd olmalıdır. Belədə müqavilə rəsmi bağlanmır və vergi ödənilmir”.

E.Fərzəliyev deyir ki, mənzil sahiblərinin qorxduğu digər məqam isə kirayə qalanlardan müvəqqəti qeydiyyat tələb olunmasıdır. Bu səbəbdən ekspertə görə, müvəqqəti qeydiyyatla bağlı yanaşma da dəyişməlidir:

"Yəni vətəndaş həmin mənzilə qeydiyyata düşdükdən sonra, mənzil satılarsa, bağışlanılarsa, banka girov qoyularsa, mütləq şəkildə kirayə qalan razı salınmalıdır. Bu da təbii ki, tərəflər arasında bir çox narazılığa gətirib çıxarır. Ona görə müvəqqəti qeydiyyatla bağlı yanaşma dəyişməlidir ki, mənzil sahibi istədiyi zaman kirayədə qalanı qeydiyyatdan çıxara bilsin.

Adətən kirayəyə verilən mənzillərdə mübahisəli məqamlar da çox olur. Bəzi hallarda mənzil sahibi kirayə qalana müəyyən problemlər yaşadır, bəzən də əksinə. Amma müqavilə rəsmi qaydada olanda tərəflərdən hər hansısa biri öhdəliyi pozduqda, məsuliyyət daşıyır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
16:01 02.11.2026
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
16:00 02.11.2026
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
15:57 02.11.2026
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
15:31 02.11.2026
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
15:28 02.11.2026
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
15:17 02.11.2026
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
15:13 02.11.2026
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək