Kişi 7 il öncə boşandığı arvadını öldürdü

Kişi 7 il öncə boşandığı arvadını öldürdü
SOSİAL
16:44 07.04.2021
710
Bıçaqlanıb öldürüldükdən sonra yol kənarına atılan qadının 7 il əvvəl boşandığı əri tərəfindən qətl edildiyi məlum olub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kayseri şəhərində baş verib.

Aprelin 2-də Kayserinin Saraybosna məhəlləsində bir qadının yol kənarında hərəkətsiz uzandığını görən vətəndaşlar polisə məlumat veriblər. Polislərin hadisə yerinə baxış zamanı meyidin üzərində çoxlu sayda bıçaq zərbəsi olduğunu müəyyən ediblər. Şəxsiyyəti bəlli olmayan qadının cəsədi yarılma üçün xəstəxana morquna aparılıb.

Polislər hadisənin təfərrüatlarını öyrənmək üçün təhlükəsizlik kamerasını araşdırıb. Məlum olub ki, şübhəli şəxs avtomobillə daha çox kamera olmayan məhəllələrdə və qaranlıq vaxtı hərəkət edib. Polis həmin avtomobilin sahibini taparaq şübhəli şəxs qismində saxlayıb. Məlum olub ki, qadını keçmiş əri öldürüb. 
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR