Kişilərin daha bir sirri açıldı

Kişilərin daha bir sirri açıldı
MARAQLI
00:16 14.09.2011
1893

Filippində dünyanın müxtəlif ölkələrindən olan alimlər qrupunun apardığı araşdırmalar göstərib ki, kişilər ata olduqdan sonra onlarda kişi hormonları - yəni testosteronun səviyyəsi aşağı düşür. Bu isə onları daha ailəcanlı edir, xəyanətə meylini azaldır. Necə deyərlər, təbiət özü kişiləri ailəyə bağlayır. Testosteron kişilərdə cinsi fəallığı tənzimləyən hormondur. Alimlər 624 gənc kişi üzərində onlar ata olandan əvvəl və sonra müşahidələr aparıblar. Nəticədə məlum olub ki, kişinin övladı dünyaya gələn kimi onda testosteronun səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Bu, xüsusilə körpənin ilk bir aylığında müşahidə olunur. Ata olana qədər isə kişilərdə bu hormonun səviyyəsi yüksək olur. Tədqiqatın rəhbəri Kristofer Kuzavanın sözlərinə görə, insanın valideynlik hissi o qədər güclüdür ki, hətta bioloji tələbatını da dəyişə bilir. Atalıq hissi kişilərdə emosional, psixoloji və psixi dəyişikliklərə səbəb olur. Alimlər inanır ki, bu dövrdə kişilərdə testosteronun aşağı düşməsi həm də bəzi xroniki xəstəliklərdən müdafiə edə bilər. Məhz gənc atalarda övladı olmayan kişilərə nisbətən xətəliklərə az rast gəlinməsi də bununla izah olunur. Endokrinoloq Eşli Qrosmanın sözlərinə görə, bu araşdırma elmdə inqilabi dəyişiklik edib. Bundan əvvəl kişilərdə yalnız yaşla, hər hansı xəstəliklə bağlı bu hormonun aşağı düşməsi məlum idi. Sosioloqlar isə kişilərin daha çox həyat yoldaşlarının yenicə ana olduğu vaxtlarda xəyanətə meylli olduğunu deyirlər. Amma sən demə təbiət özü buna imkan vermirmiş.

//Ans tv

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
04:43 05.11.2026
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
Britaniya ukraynalı uşaqlardan üzr istədi
04:33 05.11.2026
Britaniya ukraynalı uşaqlardan üzr istədi
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
04:23 05.11.2026
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
"Fənərbağça"nın keçmiş prezidenti barədə qərar verildi
04:13 05.11.2026
"Fənərbağça"nın keçmiş prezidenti barədə qərar verildi
Bu seçki Mask üçün də uğursuz oldu
04:03 05.11.2026
Bu seçki Mask üçün də uğursuz oldu
Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb
03:53 05.11.2026
Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb
Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol
03:43 05.11.2026
Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol
ABŞ-də aralıq seçkilərdən sonra bir neçə ştatda tarixi dəyişikliklər baş verib
03:33 05.11.2026
ABŞ-də aralıq seçkilərdən sonra bir neçə ştatda tarixi dəyişikliklər baş verib
"Barselona"nın futbolçusu "Atletiko" ilə oyunu buraxacaq
03:23 05.11.2026
"Barselona"nın futbolçusu "Atletiko" ilə oyunu buraxacaq
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür