14:16 Cümə Axşamı, 20 Fevral 2020
SOSİAL

"Köməksiz vəziyyətdə qalmışıq" -Türkiyədə təhsil alan tələbələr

12:09, 25.01.20208077
Azərbaycanlı tələbələr köməksiz qalıb

Azxeber.com xəbər verir ki, Türkiyənim Elazığ şəhərində baş verən zəlzələ nəticəsində azərbaycanlı tələbələr köməksiz halda qalıb. Bu haqda AZXEBER.COM-a Elazığ tələbə birliyi başqanı Nail Babayev deyib: "Dünən baş verən zəlzələ nəticəsində 200-dən çox tələbə çöldə qalıb. Təyyarə biletləri də tapılmır. Hazırda çöldə ocaq qırağında oturmuşuq. Əlaqədar qurumlardan yardım gözləyirik”

Azərbaycanın Türkiydəki səfirliyindən isə bildirilib ki, tələbələrə yardım ediləcək: Azərbaycanın Türkiyədəki səfirliyində bu ölkədə baş verən güclü zəlzələ ilə bağlı ”qaynar xətt - 00905526792565 ,” yaradılıb. Həmin tələbələrə də yardım göstəriləcək”.
 
Günel Hüseynli
XƏBƏR LENTİ