Kokenin Azərbaycan karyerası başlayır (VİDEO)

İDMAN
13:21 04.02.2012
1616
"Bakı" futbol klubu daha bir transfer reallaşdırıb. İspaniyalı hücumçu Serxio Kontreras Pardo imzalanan müqaviləyə əsasən, bir il "Bakı"nın şərəfini qoruyacaq.
AZXEBER.COM-un “Bakı” futbol klubuna istinadən verdiyi məlumata görə, Koke ləqəbi ilə tanınan futbolçu artıq yeni komandasının düşərgəsindədir.Qeyd edək ki, Koke 1983-cü ilin 27 aprel tarixində Malaqada (İspaniya) anadan olub. Peşəkar futbol karyerasını 2001-ci ildə "Malaqa"nın B komandasında başlayan futbolçu tədricən, əsas heyətdə yer alaraq 2003-cü ilə qədər doğma şəhərinin klubunda oynayıb.2004-cü ildə Fransanın iddialı klublarından sayılan "Marsel"ə transfer olunan Kontreras 43 oyunda meydana çıxıb və 6 qola imza atıb.2006-cı ildə icarə əsasında Portuqaliyanın "Sportinq" klubunun şərəfini qoruyan Kokenin sonradan Yunanıstan karyerası başlayıb. 2006-2011-ci illər ərzində "Aris" forması geyən forvard 132 oyuna 28 qol vurub.2011-ci ilin əvvəllərində ABŞ-ın "Hyuston Dinamo" klubunun heyətində yer alan Koke 7 oyun keçirib. Son mövsüm yenidən İspaniyaya qayıdan hücumçu "Rayo Valekano" ilə anlaşıb. La liqada 5 oyuna çıxan Koke 1 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR