Kolumbiyada prezidentliyə namizəd ölümlə təhdid edilir

Kolumbiyada prezidentliyə namizəd ölümlə təhdid edilir
DÜNYA
19:35 10.06.2022
362
Kolumbiyada 19 iyunda keçiriləcək prezident seçkilərinin ikinci mərhələsindən əvvəl prezidentliyə namizədlərdən olan Rodolfo Ernandes ölüm təhdidləri aldığını və bu səbəbdən seçimlərə qədər xalqın qarşısına çıxmayacağını bildirib.

O, bu barədə Mayamidə hotellərin birində təşkil olunan mətbuat konfransında açıqlama verib.

Ernandes izdiham arasından kiminsə onu bıçaqlamaq istəyəcəyi halda bunun qarşısının alınmasının çətin olduğunu qeyd edib.

"Güllə ilə deyil, amma bıçaqla ola bilər. Ölməyəcəm, bəlkə, amma əlil arabasına məhkum ola bilərəm”, - deyə o vurğulayıb.

Ernandes cinayətkar dəstələr və təşkilatların onun həyatı ilə bağlı planlar qurduğunu iddia edib.

"Niyyətim diqqəti başqa yönə çəkmək deyil, ölüm riski səbəbilə planlaşdırılan bütün tədbirlərimi ləğv edirəm. Kolumbiyalıların məni anlamalarını istərdim, bu addımı atmağa məcburam. Bununla bağlı mənə məlumatlar daxil olub və seçkilərdə də təhlükəsizliyin qorunmasını istəyirik”, - deyə o bildirib.

Prezident seçiləcəyi təqdirdə ABŞ-la münasibətlərə də toxunan Ernandes bu yöndə münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Kolumbiyada ilkin mərhələsi 29 mayda keçirilən prezident seçkilərinin yekun nəticələri 19 iyun tarixində müəyyən olunacaq. Həmin gün təşkil olunacaq ikinci seçim mərhələsində ən yüksək səs toplamış namizəd prezidentlik vəzifəsini 7 avqust tarixində təhvil alacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
16:55 23.10.2026
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
16:52 23.10.2026
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
16:41 23.10.2026
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
16:22 23.10.2026
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
16:20 23.10.2026
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
16:18 23.10.2026
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
Arif Mərdanov kollektivə təqdim olundu
16:13 23.10.2026
Arif Mərdanov kollektivə təqdim olundu
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
16:06 23.10.2026
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?