Koronavirus analizi üçün təcili yardımı evə çağıra bilərsiz - VİDEO

SAĞLAMLIQ
15:31 25.03.2020
4335
103 qaynar xəttinə gələn zənglər indi bir neçə dəfə artıb. Müraciətlərin əhəmiyyətli bir hissəsi isə məhz koronovirusla bağlı məlumat almaqxarakterlidir.
 
Bəs virusun simptomlarını özündə hiss edənyaxud şübhələnənxəstələrə təcili tibbi yardım necə göstərilir.Əməkdaşlarımız bu suala aydınlıq gətiriblər.

103 çağrı mərkəzinə gün ərzində 400-dən çox çağırış daxil olur.

Bura Koronavirus təhlükəsi ilə əlaqədar olaraq insanların qabaqlayıcı tədbir məqsədi ilə ən çox müraciət etdiyi ünvandı. Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva deyir ki,onlara daxil olan zənglərdən hiss olunur ki vətəndaşlar kifayət qədər məlumatlıdır.Onların briqadaları da xüsusi geyimlə təmin ediliblər.Öskürək,qızdırma və digər koronavirusun əlamətlərinə yaxın hallar müşahidə edilən müraciətlər dərhal nəzarətə götürülür.

Labarotoriyada isə cəmi bir neçə saata artıq nəticələr bəlli olur.

Lakin işlər yalnız xəstənin müalicəsi ilə yekunlaşmır.Coronoavirusa yoluxan xəstənin yaxınları və təmasda olduğu şəxslər də nəzarətdə saxlanırlır.

Qeyd edək ki,bakıda 21 təcili tibbi yardım məntəqəsi əhalinin xidmətindədir.Bütün briqadalar isə zəruri avadanlıqlarla təmin edilib. Təcili tibbi yardım xidmətinin əməkdaşlaıvətəndaşlara müraciət edərək bildiri ki, əgər özlərində hər hansı birvirus əlaməti müşahidə edərlərsə dərhal müraciət etsinlər. çünki bu ilk növbədə onların özüləri və yaxınları üçün vacibdir.
 

OXŞAR XƏBƏRLƏR