Koronavirus rejimini pozanlar 5 ilədək həbs edilə bilər

SAĞLAMLIQ
18:02 19.03.2020
4031
Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliyi təsdiqləyib. 

AZXEBER.COM xəbər verir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilib. 

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

OXŞAR XƏBƏRLƏR