Koronavirus vaksinləri onları milyarder etdi

MARAQLI
20:08 22.05.2021
1101
Dünyada doqquz nəfər əczaçılıq şirkətlərinin koronavirus vaksinlərinin istehsalından əldə olunan gəlirləri sayəsində milyarder olub.
 
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "People's Vaccine Alliance” qeyri-hökumət təşkilatı tərəfindən hazırlanmış məruzədə deyilir.

Məruzəyə əsasən, Amerikanın "Moderna” şirkətinin rəhbəri Stefan Banselin, Almaniyanın "BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahinin yeni milyarderlər siyahısına başçılıq edirlər. Onların sərvəti indi müvafiq olaraq 4,3 milyard və 4 milyard ABŞ dolları qiymətləndirilir.

Reytinq siyahısında həmçinin "Moderna” Direktorlar Şurasının sədri Nubar Afeyan da daxil olub. Onunla yanaşı, siyahıda Amerika sərmayədarları Timoti Sprinqer və Robert Lanqerin də adları var. Onlar 2010-cu ildə "Moderna” şirkətinin inkişafına 5 milyon və 1,5 milyon ABŞ dolları investisiya ayırıblar. İspaniyanın əczaçılıq şirkəti "Laboratorios Farmacéuticos Rovi”nin Direktorlar Şurasının başçısı Xuan Lopes-Belmonte də vaksin istehsalı sayəsində milyarder olanlardandır. Bundan başqa, pandemiya zamanı Çinin "Cansino” əczaçılıq şirkətinin üç həmtəsisçisi də milyarder olublar.

OXŞAR XƏBƏRLƏR