Kosmetika vasitələri alarkən nələri bilmək lazımdır? - Qadınlar üçün

Kosmetika vasitələri alarkən nələri bilmək lazımdır? - Qadınlar üçün
MARAQLI
21:22 19.02.2012
2321
Kosmetika vasitələri insan üçün gərəkli vasitə və pereparatlardandır. Kosmetik vasitə bədəninin müxtəlif nayihələrinin təmizlənməsi, onların xarici görünüşünün korreksiyası, zərərli amillərdən qorunması, yaxşı vəziyyətdə saxlanması üçün istifadə olunur. Lakin kosmetik vasitələr alarkən son dərəcə ehtiyatlı olmaq lazımdır, əks halda bu insan bədəninə böyük zərər vura bilər. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, kosmetik vasitə alarkən ehtiyatlı olsunlar. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kometik vasitələrin istehsalında istifadə olunmuş xammal və materiallar Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə təsbit edilmiş tələblərə cavab verməlidir. Kosmetik vasitələrin mikrobioloji, toksikoloji, klinik-laborator göstəriciləri, tərkibində olan maddələrin xüsusi çəkisi normativ-texniki sənədlərdə göstərilmiş normaları aşmamalıdır. İstehlakçı olaraq hər kəs bu vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqətlə yanaşmalıdır. Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa dillərlə yanaşı, mütləq dövlət dilində olmalıdır. İstehlakçıya zəruri və düzgün məlumat verərək onun düzgün seçim etməsinə şərait yaratmalıdır. Etiketdə məhsulun adı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun xalis çəkisi, həcmi, miqdarı, effektiv, zərərsiz istifadəsi qaydaları, istehsal tarixi, yararlılıq müddəti və digər məlumatlar əksini tapmalıdır. Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxumaq lazımdır. Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa, və ya məhsulun tərkibi tam göstərilməyibsə belə məhsulu almaq məsləhət deyil. Bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir. Xüsusilə tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir. Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama müddəti və saxlama şəraitidir. Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən istifadə etməmələri tövsiyyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər çoxdur. Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə təminat verilir. Məsələn göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdirlər. İstehsalçının müəyyən etdiyi saxlama şəraitinə riayət olunmaması, kosmetik vasitənin göstərilən saxlama müddəti bitmədən korlanmasına səbəb olan mühüm amillərdəndir. Kosmetik vasitələr 0-25°С temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70%-i aşmadığı yerlərdə saxlanmalıdır. Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20°С-dək temperaturda saxlanmalıdır. Saxlama müddəti ötmüş və ya saxlama şəraitinə əməl olunmadığından korlanmış kosmetik vasitələri rəngi, qoxusu, qatılığı və homogenliyi kimi bir sıra zahiri əlamətlərinə görə müəyyən etmək mümkündür. Kosmetik vasitələrin saxlama müddətilə bağlı digər bir amil onların qablaşdırılma şəklidir. Hava ilə təmas səthi daha kiçik olan qablaşdırmada kosmetik vasitələr daha yaxşı saxlanır. Məsələn, tübikə qablaşdırılmış krem geniş ağzı olan qaba və ya bankaya qablaşdırılarsa bu onun saxlama müddətini azaldacaq. Həmçinin əgər kosmetik vasitənin üzərinə qoruyucu plastinka (lövhəcik, təbəqə) çəkilmişdirsə, o atılmamalıdır və bir miqdar kosmetik vasitəni götürdükdən sonra üzəri yenidən örtülməlidir. Kosmetik vasitələrin satışı zamanı malın qablaşdırılması selofan örtük və ya lentlə bərkidilmişdirsə, alıcının onun açılaraq yoxlanmasını tələb etmək hüququ var. Alıcı öz istəyi ilə bundan imtina edə bilər. Malın aerozol qablaşdırması alıcının iştirakı ilə satıcı tərəfindən yoxlanılmalıdır. Lakin lazımi keyfiyyətlərə malik kosmetik vasitə hər hansı səbəbdən istehlakçının xoşuna gəlməmişdirsə, alıcı bu malı başqa analoji malla dəyişdirmə imkanına malik deyildir. Belə ki, Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli, 114 №-li qərarına əsasən qüsursuz və lazımi keyfiyyətə malik parfümer-kosmetik mallar pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildir. Bu səbəbdən parfümer-kosmetik mal almış istehlakçı yalnız malda qüsurlar aşkar edildiyi və ya alqı-satqı zamanı mal haqqında həqiqətə uyğun məlumat verilmədiyi halda malı geri qaytarmaq hüququna malikdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
Prezident sərəncam imzaladı
15:59 04.11.2026
Prezident sərəncam imzaladı