Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu klubun şərikli sahiblərindən biri ola bilər.
41 yaşlı forvard və daha 4 investor komandanı satın almaq üçün təklif hazırlayır.
Tərəflərin hər biri sövdələşməyə ən azı 92 milyon avro investisiya yatırmaq niyyətindədir.
Qeyd edək ki, K.Ronaldu 2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edir. O, daha əvvəl Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" və İtaliyanın "Yuventus" klublarının şərəfini qoruyub.
5 dəfə "Qızıl top"un sahibi olan futbolçu Çempionlar Liqasının, Portuqaliya millisi ilə Avropa çempionatının və iki dəfə Millətlər Liqasının qalibi olub.











































