AZXEBER.COM xəbər verir ki, futbolçunun sözlərini jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində paylaşıb.
"Bu mənim sonuncu dünya çempionatım olacaq (gülür). Sonda yaddaqalan insanlar olur. Bizi sevən, onlara xüsusi anlar yaşada bildiyimiz insanlar. Yanımızda çalışan insanları da görürəm. Bunlar möhtəşəm xatirələrdir.
Ulduz futbolçu ilə jurnalist arasında maraqlı dialoq da yaşanıb.
Kriştianu Ronaldu (mətbuat katibinə və zaldakı jurnalistlərdən birinə işarə edərək):
"İcazə verin, o, sual versin. Qabaqda oturan gənc oğlan. O məni sevmir. Sən, bəli, sən... Görək mənə yaxşı sual verə biləcəksənmi? Bilirəm ki, məni sevmirsən".
Marselo Bexler (jurnalist):
"Kriştianu, hər vaxtınız xeyir. Sizi çox sevirəm, sizinlə danışmaq mənim üçün xoşdur. Bilmək istərdim, 41 yaşında dünya çempionatında oynamağın ən çətin tərəfi nədir?"
Kriştianu Ronaldu:
"Ən çətin tərəfi? Sizinlə, bəzi jurnalistlərlə danışmaqdır.
Qeyd edək ki, 41 yaşlı hücumçu UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar tarixində, Avropa çempionatlarında, UEFA Çempionlar Liqasında və klublararası dünya çempionatlarında vurulan qolların sayına görə rekordçudur.
Ronaldu 2022-ci ilin dekabrından etibarən Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun formasını geyinir. Karyerası ərzində isə Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında çıxış edib.











































