'Küçə müxalifətindən ana müxalifət olmaz' - Sərdar Cəlaloğlu

Bütün Xəbərlər
13:50 22.04.2013
1196

“Küçə müxalifətindən ana müxalifət ola bilməz. Küçə müxalifətinin parlament müxalifətinə heç bir adiyyatı yoxdur.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, AXCP Ali Məclisinin sədri Həsən Kərimov iddiasına münasibət bildirib: “General arzusu ilə yaşamayan əsgər yaxşı əsgər ola bilməz. Bu da seçki öncəsi piardır. Özünü ana müxalifət adlandırmayan partiyalar real namizəd ola bilməz. Normal bir şeydir. Biz də özümüzü ana müxalifət hesab edirik. Burada qıcıqlandırmalı bir şey yoxdur. Azərbaycanda klassik, politoloji anlamda ana müxalifət yalnız parlamentdə ola bilər. Parlamentdə bir neçə müxalif partiya olarsa, ən çox səs yığan partiya ana müxalifət hesab oluna bilər. Amma bizdə ana müxalifət yoxdur. Çünki küçə müxalifətindən ana müxalifət ola bilməz. Küçə müxalifətinin parlament müxalifətinə heç bir adiyyatı yoxdur.”

Qeyd edək ki, Həsən Kərimov Azərbaycanda AZCP-nin ana müxalifət olduğunu və ölkədə baş verən siyasi proseslərin, Azərbaycanın ictimai rəyinin, sosioloji sorğuların nəticələrinin də bunu isbatladığını demişdi.

Sərdar Cəlaloğlu Milli Şuranın vahid namizədinin Rüstəm İbrahimbəyov olacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Mənim Rüstəm bəylə heç bir əlaqəm yoxdur,onun verdiyi açıqlamaldan və ideyaların haqqında da heç bir təsəvvürüm yoxdur. Bunlar mətbuatda gedən, amma heç bir əsası olmayan söz söhbətlərdir.”

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
19:24 15.08.2025
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
19:21 15.08.2025
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
19:10 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
18:59 15.08.2025
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib
18:48 15.08.2025
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib