Külək nəticəsində Bakıda 15 ağac sınıb

Külək nəticəsində Bakıda 15 ağac sınıb
SOSİAL
20:14 07.09.2026
69
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Birlikdən AZXEBER.COM-a verilən xəbərə görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.
OXŞAR XƏBƏRLƏR