Dünən Kürdə batan 21 yaşlı gəncin meyiti tapılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dünən Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.










































