Kürdə boğulan Şirvan sakininin meyiti tapıldı

Kürdə boğulan Şirvan sakininin meyiti tapıldı
Bütün Xəbərlər
12:18 23.07.2014
670

Hacıqabul rayonunun Kür çayı ərazisindən keçən hissəsində batan Şirvan şəhər sakininin meyiti sudan çıxarılıb.

Bu gün saat 11.00 radələrində Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən hissəsində iyulun 22-də Kürdə dostları ilə çimərkən batan 32 yaşlı Şirvan şəhər sakini Şirinov Əlvan Mehman oğlunun meyiti tapılıb. Meyit Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən Ə.Şirinovun boğulduğu yerdən 50 metr aralıdan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.//APA

OXŞAR XƏBƏRLƏR