Öldürülən qadının son sözləri: "Pişiyimə yaxşı baxarsınız"

MARAQLI
16:08 14.10.2021
389
İzmirdə öldürülən 24 yaşlı Senanın son sözləri ortaya çıxıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Senanın ölməmişdən əvvəl pişiyi Gofreti qardaşına əmanət etdiyi məlum olub.

İzmirdə İlkay Ayes tərəfindən bıçaqlanaraq öldürülən Senan Altanla bağlı Senanın qardaşı açıqlamasında bildirib ki, o, sanki öləcəyini hiss edirdi: "O mənə yazmışdı ki, qardaşım, burada olanda pişiyim Gofretə yaxşı baxarsan. Mənə bir şey olsa, ona qulluq et. Gofret sənə əmanətdir."

Hadisə Buca mahalının Atatürk Məhəlləsindəki evdə baş verib. Evdən gələn səs-küyə görə məhəllə sakinləri polisə müraciət ediblər. Polislər evə gələrkən evdə Sena Altan və İlkay Ayeşin bıçaqlandığını aşkar ediblər.
 
Araşdırma zamanı məlum olub ki, İlkay Ayeş sevgilisini bıçaqladıqdan sonra özü də intihar edib. Ağır yaralanan Sena Altan həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
 
İlkay Ayesin gənc qızı bıçaqladıqdan sonra intihar etdiyi öyrənilib.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR