Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının qrup mərhələsinin I turunda səfərdə "Spartak"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
AZXEBER.COM xəbər verir ki, o, Azərbaycan millisinin üzvü Mahir Emreli barədə müsbət fikirlər səsləndirib:
"Bilirdik ki, Cikiya ("Spartak"ın kapitanı - red) yorulacaq. Çünki o, yaxşı oyun nümayiş etdirən Mahir Emreli ilə mübarizədə çox qaçmalı olmuşdu. Onun sayəsində Lirim Kastratinin meydana çıxaraq komandasına kömək etməsi üçün şərait yaranmışdı. Tomaş Pekhart və Ernest Muçi meydana çıxmağa hazır olduqları ərəfədə Lukinyas və Emreli yaxşı imkan yaratdılar. Bu qolla bitə bilərdi, amma alınmadı. Əvəzetmələrimiz isə bəhrəsini verdi. Futbolçularımız əla kombinasiya yaratdılar və biz qol vurduq".