Lənkəranda iki uşaq atası özünü asdı

Lənkəranda iki uşaq atası özünü asdı
KRİMİNAL
12:30 14.10.2013
2849

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Bu barədə  AZXEBER.COM - a məhkəmə Tibbi Ekspertizası Patoloji Anatomiya Birliyinin  Lənkəran zona Mərkəzindən bildirilib. Məlumata görə, hadisə Ürgə kəndində qeydə alınıb. Kənd sakini, iki uşaq atası 1979-cu il təvəllüdlü Qədir Həsənağa oğlu Həsənov yaşadığı evin həyətində  gecə saatlarında özünü  kəndirlə asıb. Mərhumun meyitini səhər saatlarında ailə üzvləri aşkar ediblər. Onun özünə qəsd etməsinin səbəbləri dəqiq  məlum olmasa da, Q.Həsənovun çoxlu  borcunun  olduğu bildirilir. Borcunu ödəyə bilməyən Q.Həsənov tez-tez  özünü öldürəcəyini deyirmiş. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR