Leyla Əliyeva: 'Azərbaycanda dünyanın mədəni müxtəlifliyinə dərin hörmətlə yanaşırlar' - FOTOLAR

Leyla Əliyeva:
Bütün Xəbərlər
17:07 12.04.2013
2569

Azərbaycan daim qonaqpərvərliyi ilə şöhrət tapıb və tarixən Şərq və Qərbin kəsişməsində yerləşməklə həmişə müxtəlif mədəniyyət, ənənə və sivilizasiyaları özündə birləşdirir.

Bu barədə cümə günü Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva MDBMİ məzunlarının I Ümumdünya Forumu çərçivəsində "Sabit inkişafa aparan yolda qlobal iqtisadiyyatın energetika və ekologiya ölçüsü" mövzusunda ilk paneldə diskussiyaları açıq elan edərkən bildirib.

Leyla Əliyeva qeyd edib ki, MDBMİ məzunlarının birinci forumunun Bakıda keçirilməsi MDBMİ məzunu kimi ona çox xoşdur.

"Tolerantlıq və dözümlülük kimi anlayışlar azərbaycanlılar üçün təkcə söz deyil, həyat tərzidir. Təsadüfi deyil ki, məscidlər, kilsələr və sinaqoqları yanaşı görə biləcəyiniz Bakı son vaxtlar beynəlxalq forum və görüşlərin keçirilməsi üçün məkana çevrilib", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, azərbaycanlılar təkcə öz köklərinə qayğıkeş münasibət göstərmir, həm də dünya mədəniyyətinə dərin hörmətlə yanaşırlar.

"Ölkəmizdə rus mədəniyyətini, rus ədəbiyyatını sevirlər, rus dili tamamilə saxlanılıb, Moskva Dövlət Universitetinin filialı mövcuddur, Bakı Slavyan Universiteti və Rus Dram Teatrı fəaliyyət göstərir. Ölkələrimizi ümumi tarix, həmçinin müstəqillik dövründə yaranmış mehriban qonşuluq münasibətləri birləşdirir. Əlbəttə ki, hazırkı forum bunu bir daha təsdiq edir", - Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.

Forumun "Müasir dünyanın ekoloji çağırışları" panelinin mövzusundan bəhs edən Leyla Əliyeva qeyd edib ki, bu, planetin hər bir sakininə aiddir.

"Hər şeyin bir-biri ilə əlaqəli olduğu aydın görünür. Və dünya iqtisadiyyatı ekoloji problemlərlə ayrılmaz şəkildə bağlıdır. Biz hamımız gələcəkdə mümkün qlobal ekoloji fəlakətlər barədə dəfələrlə eşitmişik və müzakirələr aparmışıq. Fikrimcə, məhz buna görə də hətta məktəb oturacaqlarından başlayaraq, ətraf mühitin mühafizəsi haqqında çox asan dildə danışmaq lazımdır", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, iki il əvvəl Heydər Əliyev Fondu Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Kampaniya - IDEA (International Dialog for Environmental Action) təşəbbüsü ilə çıxış edib.

"Bu kampaniya, əsasən, gənclərlə işləyir və bizim bütün layihələrimizə kreativ yanaşma tapmağa çalışır və yəqin ki, hazırda IDEA regionda ətraf mühitin mühafizəsi üzrə ən fəal kampaniyadır", - Leyla Əliyeva deyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin bu yaxınlarda "WWF-Rusiya" ilə layihənin imzalanmasını xatırladıb. "Bizim birgə çoxlu layihələrimiz - Qafqaz zubrunun müdafiəsi, ağacların əkilməsi və quşlar üçün yuvaların sayının artırılması üzrə layihələrimiz var. Həmçinin, "WWF-Türkiyə" ilə oxşar müqavilənin üzərində işləyirik", - o qeyd edib.

Leyla Əliyeva prioritet istiqamət kimi məhv olmaq təhlükəsi altında olan heyvanların mühafizəsini göstərib. Onun sözlərinə görə, IDEA bunun üçün "Böyük Qafqaz beşliyi"ni müəyyənləşdirib. Bunlar bəbir, canavar, ceyran, qartal və ayıdır.

"Həmçinin, fürsətdən istifadə edərək sizinlə çox xoş xəbəri bölüşmək istəyirəm - bu yaxınlarda Azərbaycanda Qafqaz bəbirinə rast gəlinib. Bu, çox nadir növdür və Azərbaycan Avropada bu heyvanın təbii mühitdə yaşadığı yeganə ölkədir. Buna görə də bu növün, həmçinin digər heyvan növlərinin mühafizəsi üzrə layihələr üzərində işləyəcəyik", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, Bakıda və bölgələrdə ətraf mühitin mühafizəsi mövzusunda təlim və seminarlar fəal şəkildə keçirilir.

"Azərbaycanın bir çox ali məktəblərində artıq müxtəlif ekoloji kabinetlər mövcuddur. Biz ətraf mühitin mühafizəsi üzrə dərsliyin buraxılması üzərində işləyirik. Ümidvaram ki, tezliklə ölkəmizin bütün məktəblərində ətraf mühitin mühafizəsinə dair məşğələlər keçiriləcək", - Leyla Əliyeva bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, həmçinin ötən il Azərbaycan paytaxtında IDEA-nın BMT-nin Ətraf Mühit Proqramı ilə birgə təşkil etdiyi "Yaşıl həftə" keçirilib.

Leyla Əliyeva qeyd edib ki, bu fəaliyyətin coğrafiyası məhdud deyil. O, müxtəlif ölkələrdən gəncləri ekoloji layihələrə qoşulmağa və dəstəkləməyə, həmçinin öz ideya və planlarını bölüşməyə çağırıb.

"Əlbəttə ki, IDEA gənc təşkilatdır və yəqin ki, bu, dünya miqyasında dənizdə damladır", - o deyib.

Lakin, onun sözlərinə görə, bu əsas deyil. Hər bir insan, hətta tək olaraq, ətraf mühitin mühafizəsinə öz töhfəsini verə və planetimiz üçün çox şey edə bilər.

Heydər Əliyev Fondunun vitse-prezidentinin sözlərinə görə, gənclərlə iş xüsusilə xoşdur.

"Rusiyada beş il əvvəl Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) yaradıldı. Bu beş il ərzində təşkilatımız olduqca çox şey etməyə nail olub. Biz gənclərin həyatının bütün sahələrini əhatə etməyə çalışırıq. Bu sahələr mədəniyyət, təhsil, səhiyyə, idman, elm və əlbəttə ki, ekologiyadır. Bu gün RAGT-nin təqribən 70 regional bölməsi var, Azərbaycanın gənc klubları demək olar ki, Rusiyanın bütün ali məktəblərində mövcuddur", - Leyla Əliyeva bildirib.

O, xüsusilə qeyd edib ki, ilk belə klub təxminən yeddi il əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaradılıb.

"Ümidvaram ki, bu forum ətraf mühitin mühafizəsinə dair fəaliyyətimizi genişləndirməyə, yeni həmfikirlər tapmağımıza kömək edəcək", - Leyla Əliyeva bildirib.//trend

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər