Leyla və Alena Əliyevalar film təqdimatında - FOTOLAR

Leyla və Alena Əliyevalar film təqdimatında - FOTOLAR
SOSİAL
09:30 16.04.2026
287
Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan "Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.

AZXEBER.COM xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Nazir İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək, son illər televiziya məkanında keyfiyyətli məzmunun təqdim olunmasının, xüsusilə təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların maariflənməsinə, dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.

Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, layihənin əsas məqsədi uşaqlara düzgün dəyərləri aşılamaqdır. "Biz istəyirik ki, uşaqlar dostluğu düzgün seçməyi, doğru qəhrəmanları tanımağı və ən əsası, güvənə biləcəkləri insanları ayırd etməyi öyrənsinlər”, – deyə o vurğulayıb.

Tural Sevdimalı gələcək planlarla bağlı məlumat verərək qeyd edib ki, artıq Kino Agentliyi ilə əməkdaşlıq formalaşıb. Onun sözlərinə görə, layihə "pitching” mərhələsini uğurla keçib və yaxın zamanda "Mən, Lalə, bir də Şerlok Holms” filminin tammetrajlı versiyasının çəkilişi planlaşdırılır. Filmin gələcəkdə kinoteatrlarda nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial hər biri 50 dəqiqə olmaqla 12 seriyadan ibarətdir.

Serialın birinci mövsümündə hadisələr Muradın yay tətilini keçirdiyi kənddə cərəyan edir. Onun kitablarla tanışlığı, xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihənin başlıca məqsədi mütaliənin insan həyatındakı rolunu ön plana çıxarmaqdır. Eyni zamanda, Muradın zəngin təxəyyülü vasitəsilə müxtəlif tarixi və mədəni şəxsiyyətlər canlandırılır ki, bu da seriala maarifləndirici məzmun qazandırır. Layihədə uşaqlara dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydaları kimi dəyərlər aşılanır.

Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında inkişaf edir. O, "Əlaçı” bilik yarışmasının qalibi olmağı arzulasa da, qaydalara əsasən yarışmada iştirak hüququnu itirir. Buna baxmayaraq, Murad Lalənin öz kəndlərini təqdim etməsi üçün ona dəstək olur və hazırlıq prosesində fəal iştirak edir. Süjet xəttində uşaqlar arasında rəqabət, dostluq münasibətləri və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan məşhur detektiv Şerlok Holms bu mövsümdə də ona dəstəyini davam etdirir.

"Mən, Lalə, bir də Şerlok Holms 2” serialı aprelin 19-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində tamaşaçılara təqdim olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Binance"dən yeddi milyard dollara yaxın kriptovalyutanın necə oğurlandığı açıqlandı
04:30 04.11.2026
"Binance"dən yeddi milyard dollara yaxın kriptovalyutanın necə oğurlandığı açıqlandı
Dörd ölkə xokkey üzrə dünya çempionatında Rusiya ilə qarşılaşmaqdan imtina edib
04:18 04.11.2026
Dörd ölkə xokkey üzrə dünya çempionatında Rusiya ilə qarşılaşmaqdan imtina edib
Eyden Makkarti: "Özümə də, komanda yoldaşlarıma da güvənirəm"
04:08 04.11.2026
Eyden Makkarti: "Özümə də, komanda yoldaşlarıma da güvənirəm"
Ermənistanda əsgərin intiharına görə saxlanılanlar var
03:56 04.11.2026
Ermənistanda əsgərin intiharına görə saxlanılanlar var
Baş nazir konstitusiyaya qarşı cinayətdə ittiham olunub
03:46 04.11.2026
Baş nazir konstitusiyaya qarşı cinayətdə ittiham olunub
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
03:36 04.11.2026
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm
03:23 04.11.2026
Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
03:13 04.11.2026
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qatar qəzasından sonra nəqliyyat naziri istefa verdi
03:03 04.11.2026
Qatar qəzasından sonra nəqliyyat naziri istefa verdi
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
02:53 04.11.2026
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Kadırovun medallarının sırasına biri də əlavə olundu
02:43 04.11.2026
Kadırovun medallarının sırasına biri də əlavə olundu
Donald Trampdan İrana xəbərdarlıq: "Bir saat ərzində həyata keçirilə bilər"
02:33 04.11.2026
Donald Trampdan İrana xəbərdarlıq: "Bir saat ərzində həyata keçirilə bilər"
Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
02:22 04.11.2026
Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
İtaliyadan öz vətəndaşlarına çağırış: "İrana səfər etməyin!"
02:16 04.11.2026
İtaliyadan öz vətəndaşlarına çağırış: "İrana səfər etməyin!"
Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
02:06 04.11.2026
Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
01:56 04.11.2026
İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır