Leysan olacaq, dağ çaylarından sel keçəcək - Xəbərdarlıq

Leysan olacaq, dağ çaylarından sel keçəcək - Xəbərdarlıq
SOSİAL
19:49 06.09.2026
95
Bakıda və Abşeron yarımadasında sentyabrın 7-si gündüzdən 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam saatlarından 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 7-si axşam və 8-i gecə saatlarında yağıntıların qısa müddətə güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
OXŞAR XƏBƏRLƏR