TTV Liderin keçmiş aparıcısı Günay Yelmarqızının televiziyada məsul vəzifə alması ilə bağlı xəbərlərə aydınlıq gətirib.Region televiziyasının mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov açıqlamasında G.Yelmarqızının TTV-yə keçdiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də aparıcıya tv-də məsul vəzifə verilib, lakin hansı vəzifə olduğu açıqlanmır:"Bu barədə yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək".