Argentinalı ulduz futbolçu Lionel Messi "İnter Mayami” ilə 2026-cı il CONCACAF Çempionlar Kubokunun qalibi olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "İnter Mayami” finalda Meksikanın "Kruz Azul” klubunu 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Messi komandasının qələbəsində əsas rol oynayıb.
Bu uğurla argentinalı futbolçu karyerasında 48-ci kubokunu qazanıb. Messi klub və milli komanda səviyyəsində əldə etdiyi titulların sayını 48-ə çatdıraraq futbol tarixində ən çox kubok qazanan oyunçu kimi göstəricisini artırıb.
Messinin qazandığı titulların 35-i "Barselona”, 6-sı Argentina millisi, 4-ü "İnter Mayami”, 3-ü isə PSJ-nin heyətində əldə etdiyi kuboklardır.
Messinin karyerasında qazandığı əsas titullar:
"Barselona” – 35 kubok:
10 İspaniya La Liqası, 7 Kral Kuboku, 8 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 3 UEFA Super Kuboku və 3 Klublararası Dünya Kuboku.
Argentina millisi – 6 kubok:
2022-ci il Dünya Kuboku, 2021 və 2024-cü illərdə Amerika Kuboku, 2022-ci il Finalissima, 2008-ci il Olimpiya qızıl medalı və 2005-ci il U-20 Dünya Kuboku.
"İnter Mayami” – 4 kubok:
2023-cü il Liqa Kuboku, 2024-cü il Supporters’ Shield, 2025-ci il MLS Kuboku və 2026-cı il CONCACAF Çempionlar Kuboku.
"PSJ" – 3 kubok:
2 Fransa Liqa 1 çempionluğu və 1 Fransa Super Kuboku.











































